İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko bir daha Ukraynaya qoşun yeritmək fikrində olmadığını söyləyib  


Aleksandr Lukaşenko Belarus qoşunlarını Ukraynaya göndərmək fikrində olmadığını deyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Belarus dövlətinin başçısı bu barədə Milli Biotexnologiya Korporasiyasının müəssisələrindən birinin rəsmi işə salınması mərasimində danışıb.

Mərasimdən sonra dövlət başçısı müəssisələrin işçiləri ilə söhbət edib.

“Bu gün bəziləri qışqır-bağır salıb ki, Lukaşenko öz hərbçilərini Ukraynaya göndərmək istəyir! Mən artıq min iki yüz dəfə demişəm ki, mənim belə planım yoxdur”, – deyə Belarus lideri bildirib.
Lukaşenkonun sözlərinə görə, əksinə ölkədən qaçan müxalifətçilər belarusları ölümə göndərirlər, və onları Kiyev rejiminin tərəfində döyüşməyə çağırırlar. “Onlar da kiminsə övladlarıdır. Amma şikayət edən yoxdur. Mən səni ora prezident kimi göndərməmişəm. Ukraynada bizim işimiz yoxdur. Bizə ora döyüşmək üçün adam göndərmək lazım deyil. Mən niyə bunda ittiham olunuram? Çünki onlar özləri bu adamları Ukraynaya yollayırlar”, - deyə Belarus dövlətinin başçısı vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR