Onlayn ictimai-siyasi qəzet
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ və Ukrayna arasında nadir yer metallarına dair gözlənilən sazişi şərh edib.
Musavat.com-un məlumatına görə Lukaşenko bildirib ki, bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib: “Amerikalılar Ukraynadan ən vacib sərvətlərini tələb edirlər. Söhbət təkcə nadir yer metallarından getmir, həm də təbii qaz, neft, limanlar və logistika məsələləri də gündəmdədir. Bu, daha geniş miqyaslı bir məsələdir və mən bu mövzuda Putinə öz mövqeyimi izah etdim.”
Onun sözlərinə görə, Putin bu məsələyə cavab olaraq bildirib ki, amerikalılar açıq qapını döyürlər, çünki bütün bu resurslar Rusiyada var və biz onlarla razılaşa və əməkdaşlıq edə bilərik.
Musavat.com
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ