İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda GÜCLÜ PARTLAYIŞ - Hava limanı BAĞLANDI

Londonda yerləşən Hitrou Hava Limanı elektrik yarımstansiyasında baş verən güclü partlayış səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. 

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

“Hava limanını enerji ilə təmin edən elektrik yarımstansiyasında yanğın baş verdiyinə görə Hitrouda genişmiqyaslı elektrik kəsintisi yaşanır. Sərnişinlərimizin və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə Hitrou hava limanı 21 mart saat 23:59-a qədər bağlanacaq”, – məlumatda bildirilib.

Qeyd edək ki, Hitrou Böyük Britaniyanın ən iri hava limanı olmaqla yanaşı, həm də Avropanın ən çox yüklənmiş aviasiya mərkəzidir. Hər il 80 milyondan çox sərnişinə xidmət göstərən bu hava limanı, həmçinin "British Airways" və "Virgin Atlantic" aviaşirkətləri üçün əsas nəqliyyat qovşağı rolunu oynayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

27 Mart 2025

BÜTÜN XƏBƏRLƏR