Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İsrail və Hizbullah arasında gərginlik yenidən pik nöqtədədir. Hizbullah, İsrailin atəşkəsi dəfələrlə pozduğunu iddia edərək, Kfarchouba təpələrindəki İsrail hərbi mövqeyinə hücum edib. Bu hücumu “ilk xəbərdarlıq” adlandıran Hizbullah, İsrailin atəşkəs şərtlərini pozduğunu bildirib. Cavab olaraq, İsrail ordusu Livanın cənubundakı iki bölgəyə hücumlar təşkil edib, nəticədə 9 nəfər həlak olub.
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp, HƏMAS-a xəbərdarlıq edib. O, 20 yanvar 2025-ci il tarixinə qədər girovların azad edilməməsi halında, bunun Orta Şərqdə və insanlığa qarşı bu zülmü törədənlər üçün ciddi nəticələri olacağını bəyan edib.
Livan hökuməti, atəşkəs razılaşmasına sadiq qalacağını bildirib. Livanın xarici işlər naziri Abdullah Buhabib, ölkəsinin İsraillə əldə olunan atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb. O, həmçinin İsrailin Qəzza Zolağına hücumlarını dayandırmağa çağırıb.
İsrail ordusu, Livanda Hizbullahın raket platformalarını bombaladığını açıqlayıb. İsrail Hərbi Hava Qüvvələri, Livanın müxtəlif bölgələrində Hizbullahın hərbi infrastrukturunu və raket platformalarını hədəf aldığını bildirib. Bu hücumların, İsrailə atılan raketlərə cavab olaraq həyata keçirildiyi qeyd olunub.
Mənbə: "Hürriyet" qəzeti
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ