Onlayn ictimai-siyasi qəzet
Litvada istehsal olunan və 2024-cü ilin sonuna qədər Ukraynaya çatdırılması planlaşdırılan minlərlə pilotsuz uçuş aparatı (PUA) hələ də Litva ordusunun anbarlarında saxlanılır. Musavat.com xəbər verir ki, bu barədə LRT xəbər yayıb.
Litvanın müdafiə sektoru üçün innovativ radio və elektron sistemlərin istehsalı ilə məşğul olan RSI Europe şirkətinin rəhbəri Tomas Milaşauskas bildirib ki, bəzi dronlar oktyabrda, bəziləri isə noyabrda göndərilib. Lakin şirkət hələ də bu PUA-ların Ukraynaya çatdırıldığına dair təsdiq almayıb.
Litvanın keçmiş milli müdafiə naziri Laurinas Kaşyunas gecikmənin əsas səbəbini bürokratiya ilə izah edib. Onun sözlərinə görə, hər hansı məhsul təyinat nöqtəsinə çatmazdan əvvəl altı mərhələdən keçməlidir. Bu mərhələlərin hər hansı birində gecikmə digər mərhələlərə də təsir edir.
Nazirlikdən açıqlama: qaydalar yenidən nəzərdən keçirilir
Litva Müdafiə Nazirliyi bildirib ki, mövcud qaydalar yenidən nəzərdən keçirilir və PUA-lar “tezliklə” Ukraynaya çatdırılacaq. Nazirlik bu məsələni tez bir zamanda həll etmək niyyətində olduqlarını qeyd edib.
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ