İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva Rusiya ilə arasındakı bu körpünü də yandırdı

Litvanın Nazirlər Kabineti Rusiya ilə 30 il əvvəl imzalanmış ticarət gəmiçiliyi müqaviləsinin ləğvini təsdiqləyib.

Musavat.com xəbər verir ki, Litvanın Nəqliyyat və Rabitə Nazirliyi sazişin ölkə üçün aktual olmadığını, Ukraynada işğalçı müharibə aparan Rusiya ilə belə bir əməkdaşlığın mümkünsüz olduğunu bəyan edib.

1993-cü ilin noyabrında imzalanmış saziş Litva və Rusiyanın dənizdə naviqasiya azadlığına hər cür töhfə verəcəyini nəzərdə tutur. Bundan əlavə, dəniz yolu ilə yüklərin daşınması, gəmiçilik şirkətləri və təşkilatları arasında əməkdaşlıq, habelə limanlarda gömrük prosedurları, sənədlərin tanınması, fəlakət zamanı köməklik göstərilməsi sahəsində münasibətləri tənzimləyir və ölkələrin ekipajlarının başqalarının sahillərinə vizasız çıxmasına icazə verirdi.

Sənədin imzalanması zamanı Litva hələ Beynəlxalq Dəniz Təşkilatının üzvü deyildi, lakin üzv olduqdan sonra ölkə gəmilərdən təhlükəsiz istifadə, dənizçilərin əməyi və çirklənmənin qarşısının alınması ilə bağlı bir çox konvensiyaları ratifikasiya edib. Gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Litva Paris Memorandumu kimi regional sazişlərə də qoşulub.

Oktyabrın əvvəlində Litva Seymi Litva və Belarus arasında investisiyaların təşviqi və qorunması haqqında 1999-cu ildə imzalanmış sazişi və Rusiya ilə analoji sənədi, habelə Rusiya ilə gəlirlərin və kapitalın ikiqat vergiyə cəlb edilməsi haqqında sazişi denonsasiya etdi. Ötən həftə parlament Belarusla 1996-cı ildə imzalanmış gömrük əməkdaşlığı sazişinin ləğvi ilə bağlı təklifə baxmağa başlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR