Onlayn ictimai-siyasi qəzet
Litvanın Müdafiə naziri Dovile Şakaline bildirib ki, Litva müttəfiqlərdən konkret nüvə silahı və ya onun komponentlərinin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı real təkliflər alarsa, ölkənin Konstitusiyasının 137-ci maddəsində dəyişiklik etmək imkanı üzərində düşünməyə hazırdır.
Musavat.com xəbər verir ki, "Delfi" portalının məlumatına görə, nazirlə müsahibədə bu ifadə yer alıb.
Litvanın Konstitusiyasının 137-ci maddəsi, bu ölkədə kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsini qadağan edir.
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ