İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikdə ağır qəzada yaralananların vəziyyəti açıqlandı


Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən Musavat.com-a verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 4-də Lerikin Günəşli kəndində turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə 8 nəfər ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR