Onlayn ictimai-siyasi qəzet
Lənkəran rayonunda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.
Musavat.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsində baş verib.
Belə ki, "Aztelekom"un əməkdaşı, rayonun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən ehtiyatsızlıq edib və yüksək gərginlikli elektrik xətlərinə toxunub.
Nəticədə yüksək gərginlikli elektrik cərəyanı onu vurub.
C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sözügedən hadisə ilə bağlı “Aztelekom” MMC də açıqlama yayıb.
Açıqlamada bildirlir ki, hadisənin baş vermə səbəbləri ilə bağlı yerli aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır: "Təəssüf hissi ilə bildiririk ki, 12.06.2024-cü il tarixində “Aztelekom” MMC-nin Lənkəran rayonunda yerləşən xidməti ərazisində bədbəxt hadisə baş verib. Hadisə nəticəsində subpodratçı şirkətlərdən birinin əməkdaşı Həsənov Cəmil Zöhrab oğlu həyatını itirib.
Hadisənin baş vermə səbəbləri ilə bağlı yerli aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır.
Subpodratçı şirkətin həyatını itirən əməkdaşının ailəsinə başsağlığı veririk".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ