İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda 41 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

Lənkəranda 41 yaşlı qadın qətlə yetirilib.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.

Lənkəran şəhər sakini 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılsa da, çoxlu qan itirdiyindən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, ailə münaqişəli kimi polis şöbəsində qeydiyyatda olub. Son baş vermiş hadisənin də ailə münaqişəsi zəminində baş verdiyi güman edilir. Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR