İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb - FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini 2007-ci il təvəllüdlü Tohid Ələsgərov dostları ilə qaçışdan sonra göldə əl-üzünü yuyan zaman ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb. O, boğularaq ölüb. Meyit sudan çıxarılıb.

Tohid Ələsgərovun güləşlə məşul olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR