Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Avropa İttifaqına üzv olması Fransanın kənd təsərrüfatının məhvinə səbəb olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Fransa “Milli Birlik” partiyasının rəhbəri Marin Le Pen deyib.
Onun sözlərinə görə, Ukrayna məhsulları həm standartlar, həm də maliyyə baxımından fransız istehsalçılarına rəqabət yaradacaq.
“Milli Birlik” hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Onun qırmızı xətti Ukraynanın Aİ-yə qoşulmasının qarşısını almaqdır. Əks təqdirdə, bu, Fransanın kənd təsərrüfatının ölümünə səbəb olacaq. Onlar bizim məhsulumuza həm standartlar, həm də maliyyə baxımından rəqabət yaradacaqlar”, - Le Pen bildirib.
Musavat.com
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ