İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun ardınca amerikalı “canişin” də Bakıya gəldi - sıra ABŞ-da!

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə yeni baş müşavirinin regiona səfəri başlayıb; Vaşinqtonun növbəti diplomatik həmləsi nə vəd edir?

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə yeni baş müşaviri Luis L.Bononun Azərbaycana, Ermənistana və Gürcüstana ilk səfəri başlayıb. “Yeni Müsavat” xəbər verir ki, onun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüş keçirəcəyi və Ermənistanla Azərbaycan arasında sülh prosesinin müzakirə olunacağı gözlənilir. “Bizim edəcəyimiz ilk iş budur - bunların Cənubi Qafqazın hər üç ölkəsinə müntəzəm səfərlər olacağını gözləyirik. Cənab Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı sadiqliyimizi dəstəkləmək üçün yüksək səviyyəli rəhbərliklə görüşməyi planlaşdırır. Artıq dediyim kimi, o, səfəri zamanı Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. O, Bakıya, İrəvana, Tiflisə də bu ardıcıllıqla gedəcək”, - ABŞ Dövlət Departamentinin sözçüsü deyib.

“Hesab edirik ki, bu, cənab Bonoya bir neçə həftə əvvəl, fevralın ortalarında Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Entoni Blinken, Ermənistanın baş naziri və Azərbaycan Prezidenti arasında görüşü davam etdirmək imkanı verəcək. Bu üçtərəfli öhdəliyin yekununda dediyimiz kimi, Ermənistan və Azərbaycanın sülh prosesində məhsuldar iştirak etmək üçün son səyləri bizi ruhlandırır. Cənab Bono isə kömək edir, o ümid edir ki, bu səyləri artıra və tərəqqinin davam etdiyini görəcək. Bu şəhərlərin (Bakı, İrəvan və Tiflis - red.) hər üçündə cənab Bono ABŞ-ın Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təmin edilməsinə sadiq olduğunu vurğulayacaq”, - Ned Prays vurğulayıb.

Bono ötən ay Filipp Rikeri bu postda əvəz edib. Onu da qeyd edək ki, səfər Rusiya-Qərb (ABŞ) qarşıdurmasının kəskinləşdiyi dönəmə təsadüf edir. Bu səfərdən az öncə - keçən ay Rusiya XİN-in Azərbaycan və Ermənistan danışıqları üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda və Bakıda olub, ardınca isə XİN rəhbəri Sergey Lavrov ölkəmizə iki günlük səfər edib. Departament rəsmisi Münxendə Əliyev-Paşinyan görüşündə iştirak edib. ABŞ-ın regionla bağlı növbəti diplomatik həmləsi nə vəd edir? Maraqlıdır ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Bakıya gələcək.

Vaxt varıydı ayaqqabısını yalayardı" - Elşad Musayev bu sözləri kimə dedi?  - VİDEO

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin sözlərinə görə, Qərb rəsmilərinin bölgəyə səfərləri intensivləşib. “Burada Amerika xüsusi yer tutur. Məqsəd Rusiyanın yerini tutmaqdır. Yəni Azərbaycanla Ermənistan arasında münasibətləri tənzimləmək niyyətindən daha çox ABŞ Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək məqsədilə bu səfərləri təşkil edir. Ancaq biz bu səfərlərə ümid etməli deyilik. Nensi Pelosinin İrəvana gedişi göstərmişdi ki, ABŞ-ın regionla bağlı planları başqadır”. ALDP sədri Fuad Əliyev bölgə uğrunda rəqabət getdiyini hesab edir. Partiya sədrinin fikrincə, yeni emissardan əvvəl Riker də bölgəyə səfər etmişdi, amma qeyri-adi nəticə olmadı: “ABŞ Rusiyanın regionda sıxışdırılması siyasətini yürüdür. Bu aktivlik də ona hesablanıb. Ermənistanla sərhəddə avropalı müşahidəçilərin patrul xidməti göstərməsi də Vaşinqtonun ürəyincədir. Rusiya açıq bəyan edir ki, Qərb onu regionda sıxışdırır. Biz bu qarşıdurmanın nəticəsi olaraq sülh prosesində danışıqların effekt vermədiyini görməkdəyik. Ona görə bu səfərlərdən "gözüm su içmir" və diplomatik fəallıq sülh müqaviləsinə gətirib çıxarmayacaq. Çünki Rusiya da amerikalıların moderatorluğu ilə sülh sənədi imzalanması əleyhinədir".

Qeyd edək ki, Luis Bono ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavinidir. O, əvvəllər Müqəddəs Taxt-Tacdakı səfirlikdə missiya rəhbərinin müavini, Bəsrə Regional Ofisinin direktoru, (Milli Təhlükəsizlik Şurasında) Dövlət Katibi müavininin məsləhətçisi və dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə müavininin müşaviri olub. O, həmçinin ABŞ-ın Aİ və BMT-dəki nümayəndəliklərində, Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddəti bu ilin əvvəlində başa çatıb.

 Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR