İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Şimali Koreyada - Rusiya daha çox hərbçi və silah alacaq?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi ilə danışıqlar aparmaq üçün Şimali Koreyanın Vonsan şəhərindədir.

Musavat.com xəbər verir ki, burada Rusiya ilə KXDR arasında “strateji dialoq”un iklinci raundu keçirilir.

Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi görüş zamanı bildirib ki, ölkəsi Rusiyanın “ərazi bütövlüyünü və suverenliyini qorumaq siyasətini qeyd-şərtsiz dəstəkləyəcək”, çünki ölkələr arasında münasibətlər sarsılmaz əməkdaşlıq səviyyəsinə yüksəlib: "KXDR hökumətinin strateji seçimi və iradəsi Rusiyanın dövlət suverenliyini və ərazi bütövlüyünü qorumaq siyasətini, imperialistlərin hegemon hiylələrinə qarşı mübarizədə beynəlxalq ədaləti və hökumətimizin yeni əməkdaşlıq sazişinin bütün maddələrini səylə yerinə yetirməyə hazırlığını qeyd-şərtsiz və ardıcıl dəstəkləməkdən ibarətdir. KXDR silahlı qüvvələrinin Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirakı əməkdaşlığımızın ən yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir, bu, Koreya-Rusiya əməkdaşlığının yeni dövrünü açan mühüm tarixi hadisəyə çevrilib”.

Lavrov da öz növbəsində Rusiyanın dövlətlərarası yeni dialoqun bütün maddələrini səylə yerinə yetirməyə hazır olduğunu bildirib. Nazir Şimali Koreyaya daha çox rusiyalı turistin gəlməsini təşviq edəcəklərini bildirib. O, Pxenyanla Moskvanın əməkdaşlığını “sarsılmaz qardaşlıq” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR