İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: Rusiya istənilən ABŞ administrasiyası ilə işləməyə hazırdır

Rusiya istənilən ABŞ administrasiyası ilə işləməyə hazırdır, ancaq bərabər və qarşılıqlı hörmət əsasında.

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumentı i Faktı" nəşrinə müsahibəsində deyib.

“Biz Amerika xalqının seçdiyi istənilən administrasiya ilə işləməyə hazırıq, ancaq qarşılıqlı hörmət və bərabərlik əsasında. ABŞ-dəki seçki mübarizəsini izləyirik. Biz heç vaxt dialoqdan əl çəkməmişik”, - nazir əlavə edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR