İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov iranlı həmkarı ilə Qafqazı və Xəzəri müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 17 yanvarda İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşəcək.

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, tərəflər nüvə sazişinin bərpası prosesini müzakirə edəcək, həmçinin ikitərəfli və beynəlxalq gündəlikdəki məsələlərə toxunacaqlar.

“Aktual beynəlxalq və regional problemlər, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında, BMT, ŞƏT, Suriya, Əfqanıstan, Cənubi Qafqaziyadakı vəziyyət və Xəzər problemi də daxil olmaqla beynəlxalq platformalarda iki ölkə arasında qarşılıqlı fəaliyyət vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR