İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: "Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir"

"Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün birbaşa əlaqə qurmaq istəyir".

Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov İstanbulda "3+3" regional platformasının görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Rusiya XİN başçısı vurğulayıb ki, İrəvan və Ankara arasında münasibətlərin normallaşması istənilən halda Azərbaycan-Ermənistan danışıqları ilə bağlıdır. Ona görə də görüşdə bu məsələləri kompleks şəkildə müzakirə etmək və iştirakçı ölkələri mümkün qədər tez razılığa gəlməyə təşviq etmək təklif olunub.

O, həmçinin qeyd edib ki, əvvəllər Ermənistan və Türkiyə arasında danışıqlar prosesinin başlanmasına Rusiya və İran yardım göstərib, lakin hazırda görüşlər hələlik planlaşdırılmır.

"Erməni həmkarlarımız fasilə götürüblər. Onlar hesab edirlər ki, indi Türkiyə tərəfi ilə birbaşa ünsiyyət qurmaq və nə etmək lazım olduğunu anlamaq lazımdır", - S.Lavrov bildirib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR