Onlayn ictimai-siyasi qəzet
“Latsio”nun baş məşqçisi Maurisio Sarri klubu tərk edib.
Məlumata görə, 65 yaşlı çalışdırıcı ardıcıl dörd məğlubiyyətdən sonra çərşənbə axşamı, martın 12-də istefa verib.
Hazırda İtaliya mediasında onun yerinə namizədlər sırasında “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun da adı hallandırılır.
Xatırladaq ki, “qartallar” son oyunlarda “Fiorentina” (1:2), “Milan” (0:1), “Bavariya” (0:3) və “Udineze” (1:2) kimi komandalara uduzub.
Qeyd edək ki, Sarri 2021-ci ilin iyunundan “Latsio”ya rəhbərlik edib. Mütəxəssisin klubla müqaviləsi 2025-ci il iyunun 30-a kimi qüvvədədir.
İtaliya A Seriyasında klub turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Romalılar 28 turdan sonra 40 xal toplayıb. Çempionlar Liqasında İtaliya klubu 1/8 final mərhələsinə yüksəlib və burada “Bavariya”ya uduzub (1:0, 0:3).//Oxu.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ