İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1 000 manata yaxın əməkhaqqı alır

Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1000 manata yaxın əməkhaqqı alır.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev deyib.

O qeyd edib ki, Laçında 53 hektar ərazidə sənaye parkı yaradılıb və ötən gün Azərbaycan Prezident iki müəssisənin açılışını edib, həmin müəssisələrdə əməkhaqqı azı 800-1000 manatdır:

“Qısa zamanda işğaldan azad olunan ərazilərdə 3 hava limanının, sənaye parkının formalaşması, yeni iş yerlərinin açılması və bunların heç bir dəstək olmadan təmin olunmasının sözlə izahı yoxdur. Nəqliyyatla təmin olunmada dövlət qurumlarından dəstək görürük, həmçinin sahibkarlarda dəstək olurlar. Laçının ən gözəl yerlərinin birində hotel tikilir. Qısa müddətdə Laçının belə işıqlanması, məskunlaşmanın təmin olunması, iqtisadi həyatının bərpa olunması çox mühüm amildir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR