İnsanlara hürriyət, millətlərə istiqlal!

Küveyt paytaxtı da qaranlığa qərq olur

Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi bazar günü paytaxtın bəzi ərazilərində elektrik enerjisini fasilələrlə verməyə başlayıb. Musavat.com xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında məlumat yer alıb. Məlumata görə, bu fasilələrə bir neçə elektrik stansiyasının yanacaq təchizatında yaranan problemlər səbəb olub. Elektrik enerjisi istehsalının kifayət qədər olmaması səbəbindən nazirlik duzsuzlaşdırma qurğularının da fəaliyyətini dayandırıb.

Küveyt təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada altıncı yerdədir. OPEK-in məlumatına görə, 2023-cü ilə qədər Küveytin neft ehtiyatları təqribən 101,5 milyard barel və ya dünya neft ehtiyatlarının təxminən 6 faizi səviyyəsində qiymətləndirilir. 2023-cü ilin sonunda Küveytdə neft hasilatı gündə təxminən 2,8 milyon barel təşkil edib. Ölkə həm də əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir.

Bununla belə, Küveytin köhnəlmiş enerji infrastrukturu Körfəz regionunda ən problemli hesab olunur. Yayda bölgə üşün xarakterik olan həddindən artıq istiləri nəzərə alaraq, Küveytin infrastrukturu kifayət qədər enerji istehsalını təmin edə bilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR