İnsanlara hürriyət, millətlərə istiqlal!

Kütləvi ixtisarlar ABŞ kəşfiyyatını iflic edir

ABŞ kəşfiyyatı Trampın dövründə kütləvi ixtisarlara görə problemlərlə üzləşib. Rusiya, Çin və İranla bağlı məlumatların toplanması təhlükə altındadır.

Musavat.com xəbər verir ki, bu barədə “Washington Post” qəzetinin mənbələri xəbərdarlıq edib.

Situasiyaya yaxşı bələd olan mənbələr qəzetə bildiriblər ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçirilən kütləvi ixtisar siyasəti ölkənin kəşfiyyat orqanlarına ciddi ziyan vura bilər. Onlar deyirlər ki, ixtisarlar Rusiya, Çin, İran və terror qrupları haqqında məlumat toplamaqda çətinlik yaradacaq. Yeni işə qəbul olunanların hazırlanmasında iştirak edən keçmiş xüsusi xidmət zabitlərindən biri bunu “öz başına güllə vurmaq” adlandırıb.

Tramp hakimiyyətə gəldikdən sonra MKİ və Milli Təhlükəsizlik Agentliyinin yüzlərlə əməkdaşı işdən çıxarılıb. Pentaqon həmçinin 5,4 minə qədər insanı sınaq müddəti ilə işdən çıxarmağı planlaşdırır. Bu, onilliklər ərzində belə bir şey görmədiklərini söyləyən qalan işçilər arasında şoka səbəb olub.

ABŞ Müdafiə Kəşfiyyat Agentliyindən olan analitik nəşrə bildirib ki, işləmək, demək olar ki, mümkünsüz hala düşüb. O, 2023-cü ildə şöbəyə daxil olub, lakin fevralın sonunda həmkarları ilə birlikdə qərargaha çağırılıb və ona sabahdan etibarən işdən çıxarıldıqlarını elan ediblər. Bu qərar sonradan təxirə salınıb, lakin heç kim dəqiq tarix verməyib. İşçilər komandalarında əhval-ruhiyyənin kritik həddə düşdüyündən şikayətlənirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR