İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuryoz zədə alan Bəhlul Mustafazadənin son durumu bəlli oldu

Azərbaycan Premyer Liqasının XXV turunun "Sumqayıt"la oyununda komanda yoldaşı ilə toqquşaraq zədələnən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Musavat.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı müdafiəçinin zədəsi ciddi deyil.

Həkimlərin son müayinəsindən sonra təcrübəli oyunçu bu gün komanda ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR