İnsanlara hürriyət, millətlərə istiqlal!

Kursku Şimali Koreya azad edib? – Lavrov Kim Çen Inı qucaqladı və minnətdarlıq etdi!

Musavat.com xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Vonsanda Şimali Koreya lideri Kim Çen In ilə görüşərək "Kursk vilayətinin azad edilməsində" (!) Şimali Koreya əsgərlərinin roluna görə təşəkkür edib.

Bəli, düz oxuyursunuz: qosqoca Rusiya Federasiyası öz ərazisini (!) qurtarmaq üçün balaca, aclıq içindəki Pxenyana minnətdarlıq edir.

Bununla Lavrov dolayısı ilə təsdiqləmiş olur ki, internetdə aylardır dolaşan "Kurskda döyüşən, ölən, əsir düşən Şimali Koreya əsgərləri" barədə videolar və məlumatlar heç də boş deyil.

Üstəlik, Kim Çen In Ukraynadakı Rusiya əməliyyatlarını "qeydsiz-şərtsiz" dəstəklədiyini bəyan edib. Onlar birlikdə ABŞ və müttəfiqlərinin Koreya yarımadasındakı hərbi fəallığını da qınayıblar.

Beləliklə, dünya yeni reallıqla qarşı-qarşıyadır: Rusiya artıq öz torpaqlarının müdafiəsi üçün Şimali Koreyaya minnətdarlıq elan edir…

Moskvanı açıq dəstəkləyən iki ölkə qalıb: İran və Şimali Koreya...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR