Onlayn ictimai-siyasi qəzet
Moskva ABŞ və Ukrayna arasında danışıqlardan sonra verilən bəyanatları diqqətlə araşdırır. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə 30 günlük atəşkəs məsələsinə dair münasibət bildirərkən deyib.
Peskov Kiyevin razılaşdığı 30 günlük atəşkəs məsələsində tələsməməyə, hadisələri qabaqlamamağa çağırıb. "Baxın, siz bir az qabağa gedirsiniz, biz bunu etmək istəmirik.
Ötən gün mətbuata açıqlama verən Rubio da, Uolts da bəyan etdilər ki, müxtəlif diplomatik kanallar vasitəsilə Ciddədə baş tutan danışıqların mahiyyəti barədə bizə ətraflı məlumat verəcəklər.
Bax, əvvəlcə bizə bu məlumatlar daxil olmalıdır. Həmçinin bu günlərdə bizim amerikalılarla da təmaslarımız planlaşdırılıb ki, bu təmaslar zamanı artıq tam şəkildə məlumat alacağımıza ümid edirik", - deyə Dmitri Peskov qeyd edib.
Kursk vilayətinin Kozırevka kəndində yem zavodunun atəşə tutulması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn bildirib. Onun sözlərinə görə, yaralanan əməkdaşlardan biri ağır bədən xəsarətləri alıb və rayon klinik xəstəxanasına yerləşdirilib. İkinci yaralıya isə yerindəcə yardım göstərilir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla gündəmi müzakirə edir.
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ