Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kursk vilayətinin Kurçatov şəhər məhkəməsi 39 yaşlı Lyudmila Leonovanı ordunu “diskreditasiya etmək” protokoluna əsasən 30 min rubl cərimələyib.
Musavat.com “Mediazona” Teleqram kanalına istinadla xəbər verir ki, bu barədə Kursk vilayəti məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Kanalın reportyoru ilə söhbət edən Kurçatov sakini deyib ki, onun cəriməyə səbəb olan şərhi aşağıdakı məzmubda olub: "Gəncləri lazım olmayan yerlərdə dəfn edilər".
“Prinsipcə, mən bilirdim ki, şərhlər təhlükəsizlik qüvvələri tərəfindən izlənilir. Vətən üçün ayıbdır, mən problemə diqqət çəkmək istədim - axırda təklif etdilər ki, mən ağzımı bağlayım və dövlətin xeyrinə 30 min ödəyim. Mənim isə uşaqlıqdan əlil olan övladım var və maaşım 28 min rubldur. Mən ancaq gülə bilərəm - bu, Rusiyadır. Mənim sözlərimdə heç bir cinayət yox idi. Mən sadəcə həqiqəti olduğu kimi dedim. Belə çıxır ki, bizdə bu barədə düşünə də bilməzsən, hamı ağappaq və yumşaq xəzlidir”, - Leonova bildirib.
Qadının sözlərinə görə, onun digər övladı Ukrayna cəbhəsində müqavilə ilə xidmət edən hərbi qulluqçudur.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ