Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusunun Kursk vilayətinə daxil olması Rusiya vətəndaşları arasında hakimiyyətə inamın azalmasına səbəb olub.
Musavat.com xəbər verir ki, bu nəticəni İctimai Rəy Fondunun(FOM) sorğusu ilə əldə olunub. Belə ki, sorğuya əsasən, avqustun 11-nə olan məlumata görə, rusiyalıların 25 faizi hakimiyyətin hərəkətlərinin onları “qəzəbləndirdiyini” bildirib. Narazılıq səviyyəsi Vaqner üsyanından bəri rekord səviyyəyə çatıb. Onda rusiyalıların 26 faizi belə narazılıq etmişdi.
Bir həftə ərzində hakimiyyətin hərəkətlərindən narazı qalanların payı 7 faiz bəndi artıb. FOM-un məlumatına görə, bu sıçrayış 2022-ci ilin payızından, prezident Vladimir Putinin 1940-cı illərdən bəri ilk kütləvi səfərbərliyi elan etdiyi vaxtdan bəri rekord idi. Həmin vaxt hakimiyyətdən “narazı olanların” payı üç həftə ərzində 21 faizdən 31 faizə yüksəlmişdi.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ