İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürəkəninin üzərindən maşınla keçərək öldürdüyü Əliağa Hüseynovun FOTOSU

Kürəkəni tərəfindən vəhşicəsinə qətlə yetirilən Əliağa Hüseynovun görüntüsü yayılıb.

Oxu.Az-a istinadən həmin fotonu təqdim edir:

Bu gün Şamaxıda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya xəsarət yetirməkdə və 45 yaşlı Əliağa Hüseynovu öldürməkdə şübhəli bilinən Elbrus Şeydayevlə bağlı yeni detallar məlum olub.

Mərhumun anası bildirilib ki, E.Şeydayev hər gün arvadını döyürmüş:

"Bıçağı hər gün qızın boğazına dirəyirdi. Mesajları da var, deyir ki, səni də, ata və ananı da öldürəcəyəm. Oğlana dedim ki, istəmirsənsə, boşan. Oğlum qızına sahib çıxdı deyə kürəkəni onu öldürdü".

Daha ətraflı İctimai TV-nin materialında:

****

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şamaxı Rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Elbrus Şeydayev saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR