İnsanlara hürriyət, millətlərə istiqlal!

"Küçə qadınlarına bahalı hədiyyələr verənləri araşdırsınlar" - VİDEO

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın şagirdlərinə qızıl aldırması ötən gündən müzakirələrə səbəb olub.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, şair Nazilə Səfərli müəllimlə bağlı paylaşıma reaksiya verib. O, Y.Ağamalıyevaya haqq qazandırıb:

"Yazıq müəllimlər... Küçə qadınlarına ən bahalı hədiyyələr verənləri araşdırsınlar. Bu müəllimin özəl günününə alınıb. Nə alsın, qaloş?! Müəllimə yaxşı şeylər niyə qadağandır? Qızılın qabından da çox bahalı olmadığı görünür. Lap 1000 manat düşünək, çoxdur ki? Ömrü gedib yazıq müəllimin".

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı Xırdalan tam orta məktəbin 4-cü sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlərə özünə qızıl aldırması ilə bağlı iddialar yayılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR