Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Kübra Əliyevanın vəziyyəti efir zamanı pisləşib.
Bu barədə teleaparıcı Elgiz Əkbər məlumat yayıb.
Belə ki, "Elgizlə izlə" proqramında ekspert qismində çıxış edən aktrisanın təzyiqi 202-ə qalxıb. Verilişin reklam fasiləsi zamanı Elgiz sənətçinin görüntülərini çəkərək sosial şəbəkə hesabında paylaşıb.
"Dəyərli aktrisamız Kübra Əliyeva 200 təzyiqlə efirdə... Canım, əziz dostum, heç vaxt xəstələnməyəsiniz", - deyə Elgiz paylaşımına yazıb.//Yenisabah
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ