İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-nin Baş Qərargah rəisi: "Ermənistanın təşkilatdan çıxması ilə bağlı yayılan xəbərlər..."


KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistanın təşkilatdan çıxması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Anatoli Sidorov Ermənistanın təlimlərdə iştirak etməməsi ilə bağlı sualı cavablandırıb.

Sidorovun sözlərinə görə, “müdrik dövlət başçıları Ermənistanın üzləşdiyi çətinlikləri həll etmək üçün bir yol tapacaqlar”.

General Ermənistan rəhbərliyindən təşkilatdan çıxmaqla bağlı heç bir rəsmi açıqlama verilmədiyini də söyləyib.

“Ermənistan Respublikasının KTMT-dən çıxması ilə bağlı heç bir bəyanat olmayıb, şəxsən mən heç bir sənəd görməmişəm. Biz qərarı (təlimlərdə iştirakla bağlı - red.) müzakirə etmirik”, - Sidorpov bildirib.

 “KTMT-nin Zaqafqaziya regionuna marağını itirməsi barədə deyilənlər doğru deyil”, - deyə Birləşmiş Qərargah rəisi vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR