Onlayn ictimai-siyasi qəzet
Bakı Qarabağda təhlükəsizliyi təmin etmək iqtidarındadır.
Bunu TASS-a Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına münasibət bildirərkən deyib.
“Qarabağda Rusiya sülhməramlılarının olmasına gəlincə, bu ərazi Azərbaycan Respublikasına məxsusdur. Bakı onun təhlükəsizliyini təmin etmək iqtidarındadır və bu məsələ birtərəfli qaydada həll olunmur. Hesab edirəm ki, regionda sabitlik xeyli dərəcədə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivindən asılıdır”, - o bildirib.//"Report"
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ