İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT Ermənistana qarşı HƏRƏKƏTƏ KEÇİR? - ŞOK DETALLAR

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməkdən imtina etməsi təşkilatın fəaliyyətinə nə dərəcədə təsir göstərəcək və bu, KTMT-nin Ermənistana mövqeyinin dəyişməsinə səbəb ola bilərmi? Bu addım Ermənistanın KTMT-dən çıxarılmasına səbəb verərmi?"

Musavat.com-un xəbərinə görə, KTMT-nin keçmiş mətbuat katibi Vladimir Zaynetdinov bununla bağlı suallara cavab verib.

Ermənistanın KTMT-ni maliyyələşdirməkdən imtina etməsini necə şərh edərdiniz?

"Bu, təşkilatın Nizamnaməsinin 25-ci maddəsini birbaşa pozur. Həmin maddəyə görə, dövlət haqları ödəməyə borcludur və o, ödəniş etməsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən bu dövlətə qarşı müvafiq tədbirlər görülə bilər. Lakin bunun üçün 2 il gözləmək tələb olunur. Bu günə kimi, başa düşdüyüm kimi, söhbət dörd ay yarım əvvəl başlayan 2024-cü ildən gedir. Maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina edən KTMT dövlətinə münasibətdə bu maddəni tətbiq etmək hələ ki, mümkün deyil.

Ümumiyyətlə, düzünü desəm, vəziyyət mənim fikrimcə, o cümlədən KTMT-nin işçi orqanları üçün acınacaqlıdır. Bu, təşkilatın işinə nə dərəcədə ciddi təsir edəcək? Bir il ərzində 10%, kifayət qədər əhəmiyyətli bir məbləğdir. KTMT-yə pay töhfələri aşağıdakı kimi ödənilir - büdcə məbləğinin 50%-i Rusiya Federasiyası tərəfindən ödənilir, qalan 50%-i isə proporsional olaraq KTMT-nin digər beş üzv dövləti arasında bölünür. Yəni ümumi daxili məhsuldan (ÜDM) və ölkənin ölçüsündən asılı olmayaraq hər kəs üçün 10% alınır.

Ermənistan, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan hamısı eyni faiz ödəyir. Ona görə də məncə, təbii ki, bu, KTMT-nin işçi orqanlarının, katibliyin və Birləşmiş Qərargahın fəaliyyətinə təsir edəcək, çünki bu, KTMT-nin ümumi büdcəsidir, işçi qurumlar arasında bölüşdürülür. Bu səbəbdən maaşlarda gecikmələr ola bilər. Ona görə də ümid edirəm ki, Ermənistan tərəfi buna baxmayaraq, Təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirəcək. Mənim bildiyimə görə, erməni tərəfi hər zaman üzvlük haqqını ödəmək öhdəliyini yerinə yetirib. Mən KTMT-də 2010-cu ildən 2023-cü ilə kimi - 13 il işləmişəm və bu müddət ərzində Ermənistanla bağlı problem yaranmayıb.

Bu addım Ermənistan hakimiyyətinin gözlədiyi kimi, Ermənistanı maraqlandıran məsələlərdə KTMT-nin mövqeyinin dəyişməsinə səbəb ola bilərmi? Fikrimcə, bu, KTMT-ni Ermənistana qarşı tədbirlər görməyə vadar edəcək. Məndə belə bir təəssürat yaranıb ki, Ermənistan tərəfi KTMT-dən çıxarılmaq üçün hər şeyi edir", - Zaynetdinov bildirib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR