İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT: “Ermənistan bizdən yardımla bağlı sənədi gündəmdən çıxarmağı xahiş edib”


“Ermənistan təşkilatın tərəfdaşlarından ölkəyə yardımla bağlı sənədi gündəlikdən çıxarmağı xahiş edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

“Kollektiv Təhlükəsizlik Şurasının ötən ilin noyabr sessiyasının qərarlarının icrası ilə keçirilən 34 tədbirdən 32-si başa çatıb. Bunlardan biri ATƏT kimi Avropa təşkilatları ilə əlaqələrin qurulmasıdır.

İkincisi isə Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərməsi ilə əlaqədardır. Bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, Ermənistan tərəfi həmin sənədə heç bir maraq göstərmədi və üstəlik, işimizin yekun hissəsində yardım məsələsinin ümumiyyətlə, gündəmdən çıxarılmasını xahiş etdilər”, - deyə Tasmaqambetov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR