Onlayn ictimai-siyasi qəzet
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında vəziyyət mürəkkəb və gərgin olaraq xarakterizə olunur”.
Musavat.com xəbər verir ki, bunu fevralın 14-də keçirdiyi mətbuat konfransında KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov deyib.
Onun sözlərinə görə, hərbi təhlükəsizliyə yönəlik təhdidlər Qərb elitasının bir hissəsinin KTMT ətrafında və onun ayrı-ayrı üzv dövlətləri daxilində vəziyyəti qarışdırmaq üçün dağıdıcı fəaliyyətindən qaynaqlanır.
“Biz NATO-nun Belarus və Rusiyanın qərb sərhədlərinə yaxın hücum infrastrukturunu gücləndirməsinə, Baltikyanı ölkələrin aqressiv ritorikasına və Ukrayna böhranı fonunda artan hərbi fəallığa diqqət yetiririk. Bütün bunların fonunda Azərbaycan-Ermənistan sərhədində yüksək münaqişə potensialını nəzərə alaraq, ayrı-ayrı dövlətlərin Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin sərvətlərinə çıxış əldə etmək və birbaşa Mərkəzi Asiyaya çıxış əldə etmək cəhdləri münaqişənin gərginləşməsinə şərait yaradır”, - deyə Anatoli Sidorov bildirib.
O qeyd edib ki, ayrı-ayrı dövlətlər arasında ərazi məsələlərinin həll olunmaması Qafqazda münaqişə ocağını sönməyə qoymur. Sidorovun iddiasına görə, Rusiya regionda sabitləşdirici rol oynayır.
“Lakin Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Vaşinqton və Brüssel münaqişədən sonrakı nizamlanma ilə bağlı öz baxışlarını yeritməyə, öz təhlükəsizlik modelinin formatını tətbiq etməyə və Təşkilatın (KTMT - red.) bu istiqamətdə səylərini neytrallaşdırmağa çalışır”, - deyə KTMT rəsmisi söyləyib.
Musavat.com
06 Noyabr 2024
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ