Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin Linqvistik Təminat Departamentinin əməkdaşı Tatyana Repina “Krokus Siti Holl”da törədilən terror aktı zamanı həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.
"2024-cü il martın 22-də “Krokus Siti Holl”da baş vermiş dəhşətli terror aktı nəticəsində DLO-nun birinci dərəcəli mütəxəssisi Tatyana Alekseevna Repina faciəvi şəkildə dünyasını dəyişib", - məlumatda deyilir.
Nazirlik mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Məlumata görə, Repina 18 may 2001-ci ildə anadan olub. O, Rusiya Xarici İşlər Nazirliyinin Kollecini bitirib.
Xatırladaq ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Krokus Siti Holl” konsert zalına soxularaq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb, binada güclü yanğın baş verib. Son məlumatlara görə, terror aktı zamanı 139 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ