İnsanlara hürriyət, millətlərə istiqlal!

“Krıma raket hücumu ABŞ-ın müharibə elanı kimi qiymətləndiriləcək”- rus deputat

“Ukraynanın Krıma raket hücumu cəhdi ABŞ tərəfindən Rusiyaya müharibə elanı kimi qiymətləndiriləcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Mixail Şeremet deyib.

“Rusiya ilə zarafat onlar üçün pis nəticələnəcək. Amerikalı siyasətçilər çox gec olmadan bunu başa düşməlidirlər”, – o qeyd edib.

Deputatın sözlərinə görə, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin bütün hərəkətlərinə nəzarət edir və ABŞ silahlarının hara hədəflənməsi barədə göstərişlər verir. Buna görə də, təxribat baş verəcəyi təqdirdə ABŞ, eləcə də Kiyev hakimiyyəti tam məsuliyyət daşıyacaq.

Şeremet həmçinin Qərbin Ukraynaya hərbi təchizatının keçdiyi dəhlizlərin tamamilə kəsilməsinin vacibliyinə işarə edib. O, dəmir yolu qovşaqlarını, Ukrayna qoşunlarının təlim keçdiyi yerləri və hərbi texnikanın təmir edildiyi məkanları, eləcə də aerodromları vurmağı təklif edib: “Biz ABŞ-ı və onların ən yaxın xidmətçisi Polşanı Rusiyaya qarşı aqressiyanın mənasız olduğuna inandırmalıyıq. Onlar başa düşməlidirlər ki, ölkəyə raket hücumu etmək təkcə axmaqlıq deyil, həm də öldürücüdür”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR