Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin bu dəqiqələrdə təcili olaraq Kremlə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında məlumat və videogörüntülər yayılıb.
Görüntülərdə Putinin kortejinin sürətlə Kremlə irəlilədiyi əks olunur.
Bundan başqa, bir çox telegram kanalında “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinin və komandiri Dmitri Utkinin Tver vilayətində təyyarə qəzasında həlak olduqdan sonra "Vagner"çilərin qiyama hazırlaşdığı da qeyd olunub.
Qeyd edək ki, Putin Kursk döyüşünün 80 illiyinin qeyd edilməsi üçün Kurska getmişdi.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ