İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Baydenin Putinlə bağlı sözlərinə cavab

Rusiya prezidenti Vladimir Putin heç vaxt şəxsi təhqir səviyyəsinə enməzdi.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentimiz heç vaxt bu səviyyəyə - həmkarlarına qarşı şəxsi təhqir səviyyəsinə enmir”, - Peskov Putini diktator adlandıran ABŞ prezidenti Co Baydenin sözlərini şərh edib.

Onun sözlərinə görə, Putinin “bu cür bəyanatlar haqqında şəxsi fikri var”.

2022-ci il martın 17-də Bayden Rusiya prezidentini “qəddar diktator” və “quldur” adlandırıb. Martın 26-da Bayden yenidən Putini “qəssab” adlandıraraq təhqir edib. Amerika lideri çıxışını Rusiya liderinin “hakimiyyətdə qala bilməyəcəyi” ilə yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR