Onlayn ictimai-siyasi qəzet
Rusiya Vladimir Putinin adının “ABŞ-da daxili siyasi mübarizədə alət kimi” istifadə olunmasını bəyənməyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya hökmdarının mətbuat katibi Dmitri Peskov Amerika prezidentliyinə namizədlərin son debatını şərh edən zaman bildirib.
“Putin soyadı ABŞ-ın daxili siyasi mübarizəsində alətlərdən biri kimi istifadə olunur, biz bunu qəbul etmirik və hələ də ümid edirik ki, onlar bizim prezidenti rahat buraxacaqlar”,-deyə Peskov qeyd edib.
Peskovun sözlərinə görə, “bütövlükdə Birləşmiş Ştatlar, namizədlərin hansı partiyadan olmasından asılı olmayaraq, Rusiyaya mənfi və qeyri-dost münasibət bəsləyir”.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ