İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: "Üçtərəfli bəyanatlar nizamlanma üçün yeganə real əsasdır"

Rusiya Qarabağ məsələsi ilə bağlı üçtərəfli bəyanatların icrasını zəruri hesab edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, üçtərəfli bəyanatlar mübahisəsiz icra edilməlidir.

"Biz tərəflərin gərginliyin azaldılmasına səbəb ola biləcək və üçtərəfli bəyanatların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişlərə töhfə verəcək istənilən addımlarını alqışlamağa hazırıq. Bu üçtərəfli bəyanatlar nizamlanma üçün yeganə real əsasdır. Ona görə də, bütün müddəaların icrası istiqamətində addımlamağı alternativsiz və hamı üçün zəruri hesab edirik”, - D.Peskov bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR