Onlayn ictimai-siyasi qəzet
Kreml Donald Trampın Ukrayna ilə sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədələrinə münasibət bildirib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın Ukrayna ilə sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyü ilə bağlı bəyanatlarını şərh edib. Peskov bu təhdidlərin yeni bir şey olmadığını qeyd edərək, Trampın hər zaman sanksiyalar siyasətinin tərəfdarı olduğunu vurğulayıb.
Mətbuat katibi əlavə edib ki, Rusiya ABŞ ilə bərabərhüquqlu və hörmətli dialoqa açıq qalır. Onun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında belə əlaqələr Trampın birinci prezidentliyi dövründə artıq olub.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ