İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: Putin Trampa Rusiyanın cavab verəcəyini bildirib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın hazırkı prezidenti Donald Trampa Ukraynanın Rusiya aerodromlarına hücum edəcəyi təqdirdə Moskvanın cavab verəcəyini açıq şəkildə bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Rusiya Kiyevin getdikcə daha çox terrorçu davranışlar sərgilədiyini nəzərə alaraq, danışıqlarda bu məqamı əsas götürəcək.

Peskov bildirib ki, Ukraynanın Rusiya ərazisindəki sərnişin qatarlarını hədəfə alması “dövlət səviyyəsində həyata keçirilən terrorizm”dir.

Buna baxmayaraq, prezident Putin Kiyevlə təmasların davam etdirilməsinin tərəfdarıdır. Kremlin mövqeyinə görə, təxribatlara rəğmən dialoq imkanları qorunmalıdır.

Peskov əlavə edib ki, Putin və Tramp arasında birbaşa görüşə ehtiyac var və bu görüş lazımi səviyyədə hazırlanmalıdır. Kreml həmçinin Trampdan Ukrayna tərəfinin “terror aktlarını” açıq şəkildə qınamasını gözlədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR