İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral öldü, yaşasın yeni kral! - Rövnəq Abdullayev

AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov qurumun hesabat seçki konfransında AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayevlə bağlı maraqlı fikirlər səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, o, Rövnəq Abdullayevlə işlədiyi müddət ərzində yaşadığı situasiyaları bölüşüb:

“Sizi görməyə çox şadam. Mənim üçün sizin qarşınızda çıxış etmək ikiqat yox, onqat həyəcanlıdır. Biz birlikdə 15 il ərzində işləmişik. Hər zaman qarşınızda çıxış etməmişdən qabaq hazırlaşırdım. Ötən axşam düşündüm ki, hazırlaşmayacağam və ürəyimdən keçən sözlərin hamısını sizə çatdıracağam. Çalışacağam ki, səmimi olum.

Hörmətli Rövnəq müəllim, 15 il sizinlə, rəhbərlə işləmək mənim üçün şərəf idi. Bu 15 il ərzində siz əməkdaşlara böyük hörmətlə yanaşırdınız, öz təcrübənizi, biliyinizi əməkdaşlarla bölüşürdünüz. Sizinlə çalışmaq mənim beynəlxalq karyeram üçün böyük kömək oldu. Həmin təcrübədən istifadə etməyə davam edirəm. “Neftçi”də də 2004-cü ilə futbol fəaliyyətinizə başlamısınız, Azərbaycan çempionu oldunuz, daha sonra birlik kubokunu Bakıya gətirdiniz. Daha sonra AFFA prezidenti seçildiniz. Səhv etmirəmsə, martın 16-da idi, elə həmin qalstukdan istifadə edirdiniz. İnternetdən ovaxtkı şəkilləri axtarırdım. Bəlkə də səhv etdim, yenidən tənqid etmək üçün də mövzu olar (gülür).

Bəzən həmin tənqidlər üçün də darıxıram. Tənqid mövzusu az olacaq. O vaxt Bakıda iki stadionumuz var idi. 16 il ərzində Bakı şəhərində infrastuktur yarandı, “Dalğa Arena”, “Bakcell Arena”, “Bayıl Arena”, bazalar, məşq stadionları... Bu təşəbbüsə klublar da qoşuldu. Cənab Prezident də dəstəyini göstərdi. Dövlət və AFFA, klublar tərəfindən inşa edilmiş meydançalardan indi də 100 faiz istifadə edilir. Son iki ildə beynəlxalq təcrübəmi qazanıram. Xarici ölkələrə gedəndə görürəm ki, inşa edilmiş stadionlardan istifadə edilmir. Amma bizdə nə inşa olunubsa, maksimum istifadə olunur”.

Rövnəq Abdullayev isə cavabında bildirib: “Mənim bu gün futbola gəlişimin 20 ili tamam olur. “Neftçi”nin prezidenti kimi fəaliyyətə başlamışdım. Rusiyada keçirilən “Birlik Kuboku”nda oynamışdıq. Qurban Qurbanov da orada idi. Amma meydana çıxmamışdı. Ermənilər qarşımıza çıxmaqdan qorxmuşdular. Futbola gəldiyimə görə peşman deyiləm”.

O daha sonra əlavə edib: “Kral öldü, yaşasın yeni kral! Keçək seçkiyə”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR