İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral Kubokunu penaltilərdə uduzan Ronaldo yerə uzanıb, ağladı - VİDEO

Səudiyyə Ərəbistanının Kral Kubokunun finalında "Əl-Hilal" və "Ən-Nəsr" futbol klubları qarşı-qarşıya gəlib.

Musavat.com xəbər verir ki, oyun Ciddə şəhərindəki "King Abdullah Sports City" stadionunda baş tutub. Əsas vaxtda hesab 1:1 olduğu üçün əvvəlcə futbolçulara qalibi müəyyən etmək üçün əlavə vaxt verilib. Əlavə vaxtda da qalib müəyyənləşməyib. 

Bundan sonra penalti seriyası müəyyən edilib. Penaltilər vuruşunda daha dəqiq olan "Əl-Hilal" Səudiyyə Ərəbistanı Kral Kubokunun sahibi olub - 1:1 (5:4 pen). 

"Ən-Nəsr" futbol klubunun ulduzu Kriştiano Ronaldo məğlubiyyəti göz yaşları ilə qarşılayıb. O, yerə uzanaraq ağlayıb. 

Musavat.com həmin görüntüləri təqdim edir: 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR