Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Kralı III Çarlz bu gündən etibarən ictimai vəzifəsinə davam edib. O, xərçəng olduğunu açıqladıqdan sonra ilk dəfədir öz vəzifəsini icra etməyə başlayıb.
AZƏRTAC-ın London müxbiri xəbər verir ki, Kral və Kraliça Kamilla bu gün Londondakı Macmillan Xərçəng Mərkəzini ziyarət edib.
Qeyd edək ki, ötən həftə Bukinqem sarayı Kralın müalicəsinin davam etdiyini və həkimlərin onun səhhətindəki irəliləyişdən kifayət qədər məmnun olduğumu açıqlamışdı. Bildirilmişdi ki, Kral növbəti həftə ictimai vəzifəsinə davam edə biləcək.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ