İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusdan öldüyü güman edilən hindistanlı 2 ildən sonra evə qayıdıb

Qohumları tərəfindən koronavirusdan öldüyü güman edilən hindistanlı "ölümündən" iki il sonra evə qayıdıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

İki il əvvəl, pandemiyanın ikinci dalğası zamanı 35 yaşlı Kamleş Patidar COVID-19-a yoluxub. Xəstəlik irəliləyib, buna görə də onu tezliklə Qucarat əyalətindəki xəstəxanalardan birinə yerləşdiriblər. Bir müddət sonra həkimlər ailəyə Kamleşin koronavirusdan öldüyünü bildiriblər. “Mərhumun” ailəsinə plastik torbaya bükülmüş cəsəd göstərilib və rəsmi protokola uyğun olaraq daha sonra xəstəxanada yandırılıb. Ailə dəfn mərasimlərini yerinə yetirib və Kamleşə yas tutub. Kişinin həyat yoldaşı və uşaqları qalıb.

Kamleşin ölümündən iki il sonra Patidar qəfildən doğma kəndi Kadodkalana qayıdıb və bibisinin evinin qapısını döyüb. Məlum olub ki, hindistanlı sağdır və son iki ildə başqa şəhərdə olub. Onun qaynı Rameşvar jurnalistlərə bildirib ki, Kamleşin vəziyyəti qeyri-stabildir. Onun sözlərinə görə, adamı xəstəxanadan cinayətkarlar dəstəsi qaçırıb, girov saxlayaraq narkotik maddə veriblər.

Hazırda hüquq-mühafizə orqanları bu məlumatı yoxlayır və həmin şəxsin başına əslində nə gəldiyini öyrənməyə çalışır. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR