İnsanlara hürriyət, millətlərə istiqlal!

"Koronavirus daha sürətli dəyişəcək, daha çox yeni ştamlar olacaq" - Gunzburq

"Omikron ştammının və ya krakenin yeni variantının meydana çıxması koronavirusun daha sürətli dəyişəcəyindən, sonra daha çox yeni ştamların olacağından xəbər verir”. Bu sözləri Epidemologiya və mikrobilogiya elmi-tədqiqar institutunun direktoru Aleksandr Ginzburq deyib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Ginzburq krakenin rekombinasiya nəticəsində meydana çıxdığnğ bildirib: "İki müxtəlif növ koronavirus bir hüceyrədə rastlaşıb, genetik material, yəni RNT (ribonuklein turşusu) mübadiləsi aparıb. Eyni şey kişi və qadın görüşdükdə və uşaqlar doğulduqda olur ki, bu da müvafiq olaraq yeni birləşmə verir: bir tərəfdən uşaqlar valideynlərinə bənzəyir, lakin eyni zamanda yeni xüsusiyyətlərə malikdir. Bu onu göstərir ki, virusun təkamülü indi daha sürətlə gedəcək və qarşılaşacağımız müxtəliflik daha da böyük olacaq”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR