İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstantin Zatulin: Rusiya rəsmilərinin Ermənistana girişinə qadağa qoyulması hədsizlikdir

Paşinyan hökumətinin Rusiya-Ermənistan dostluq cəmiyyətinin sədri Viktor Krivopuskovun ölkəyə girişini yasaqlaması Rusiyada böyük hay-küy doğurub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qərara ilk təpki gözlənildiyi üzrə Dövlət Dumasının deputatı Konstantin Zatulindən gəlib.

Onun sözlərinə görə, “Ermənistanın baş naziri Nikol Paşinyan və hökuməti Rusiya ilə hər cür əlaqəni kəsməyə çalışır”, “öz ölkələrində uzun illərdir, Moskva ilə İrəvan arasında münasibətlərin düzəlməsinə çalışan insanları arzuolunmaz elan edir”.

Zatulin, həmçinin Rusiya Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Viktor Krivopuskovun respublikaya girişinə qadağa qoymasını “qeyri-qanuni” adlandırıb. Deputat ötən il ona və RT-nin baş redaktoru Marqarita Simonyana da eyni qadağanın qoyulduğunu xatırladıb. Rusiyalı deputatın iddiasına görə, bütün bunlar “erməni siyasətçilərinin Qərb emissarları ilə görüşlərindən dərhal sonra” baş verir.

“Viktor Krivopuskova böyük hörmətim var. Mən bilirəm ki, o, Rusiya-Ermənistan münasibətlərinin inkişafı üçün sözdə deyil, əməldə çox iş görüb. Təbii ki, onun girişinə qadağa qoyulması təsadüf və ya səhv deyil. Bu, Rusiya ilə hər cür əlaqəni kəsməyə çalışan Nikol Paşinyan və hökumətinin ardıcıl xəttidir. Krivopuskovun ölkəyə girişinə qadağa da bu xəttə uyğundur. Ermənistan hakimiyyətinin hərəkəti siyasəti hədsizlikdir! ”, - deyə, Zatulin bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR