İnsanlara hürriyət, millətlərə istiqlal!

Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ

Türkiyəli mütəxəssis sinə xəstəlikləri mütəxəssisi Adəm Yılmaz son günlər istilərin həddindən artıq artması ilə qapalı mühitlərdə tez-tez istifadə edilən kondisionerlərin səbəb olduğu "legioner xəstəliyi və ya xalq arasında "kondisioner pnevmoniyası" olaraq tanınan xəstəliyin çoxaldığını açıqlayıb.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, Adəm Yılmaz bu vəziyyətdə diqqətli olmadıqda ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, kondisionerlərdən şüurlu istifadə həddindən artıq isti bölgələrdə çalışan fərdlərin iş performansına müsbət təsir edir, isti havanın zehni və fiziki fəaliyyətlərə mənfi təsirlərini aradan qaldırır, tərləməni azaldaraq orqanizmin maye itkisinin qarşısını alır.

Yılmaz bildirib ki, kondisionerlərdən yanlış istifadə legioner xəstəliyinə, eləcə də, əzələ, boyun və bel ağrılarına, oynaqların sərtliyinə, infeksiya və allergiyaya səbəb olur.

Yanlış kondisioner istifadəsindən yarana biləcək ən təhlükəli xəstəliyin legioner xəstəliyi olduğunu söyləyən mütəxəssis bildirib ki, bu xəstəlik aşağı tənəffüs yolu infeksiyası ilə özünü göstərir və ölümlə nəticələnə bilər: "Xüsusilə tənəffüs problemi olan xəstələrdə bu risk həddindən artıq soyuq yerlərdə daha yüksəkdir. Qızdırma, uzun zaman davam edən öskürək, oynaq ağrıları, ürəkbulanma və qarın ağrıları bu sətəlcəm tipinin ən əhəmiyyətli əlamətlərindəndir".

Xalq arasında kondisioner pnevmoniyası kimi tanınan və geniş yayılmış bədən ağrıları, yüksək hərarət, baş ağrısı, ürəkbulanma və ishal ilə müşayiət olunan legioner xəstəliyi "legionella pneumophila" bakteriyasının yaratdığı ciddi bir ağciyər infeksiyasıdır. Bu xəstəlik kondisioner, cakuzi, dekorativ fəvvarə, ventilyasiya sistemi kimi yerlərdən tənəffüs yolu ilə keçir. Xroniki tənəffüs problemi olan insanlarda, immun sistemi zəif olan şəxslərdə və diabet xəstələrində ölüm təhlükəsi yarada bilər.

Yılmaz kondisionerdən istifadə edilən mühitlərdə baş ağrısı, göz, burun, boğazda qıcıqlanma, davamlı öskürək, qıcıqlanma, başgicəllənmə, yorğunluq, halsızlıq və konsentrasiyada çətinlik kimi şikayətlərin müşahidə oluna biləcəyini qeyd edib. Bu səbəbdın kondisionerlərin baxımının vacibliyini vurğulayan Yılmaz deyib ki, "Kondisioner boruları 3 ildən bir yoxlanılmalı, filtrlər 6 ayda bir nizamlı olaraq təmizlənməlidir. Bundan əlavə, hava üfürmə kanalları birbaşa insanlara tərəf yönəlməməlidir. Xarici mühitlə qapalı mühit arasındakı fərq 6 dərəcədən çox olmamalıdır. Ani temperaturun isti mühitdən soyuq mühitə və ya əksinə dəyişməsi xüsusilə ürək xəstələri üçün risk yarada bilər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR