İnsanlara hürriyət, millətlərə istiqlal!

Komandirləri sıravi edib döyüşə göndərdi - Putindən görünməmiş əmr

Ukrayna ordusu Rusiyanın ən böyük desant gəmisini batırdıqdan sonra Rusiya lideri Putin sərt qərarlar verib.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Putin komandirləri sıravi əsgər kimi döyüşə göndərib.

Məlum olduğu kimi, çərşənbə axşamı Ukraynanın hərbi hava qüvvələri Krımın şərqindəki Feodosiya limanında desant gəmisinə hücum edib və gəmini batırıb.

Ukrayna hərbi hava qüvvələrinin komandanı Nikolay Oleşuk Rusiyanın ən böyük desant gəmilərindən biri olan “Novorossiysk”in Feodosiya limanında vurulduğunu təsdiqləyib.

Oleşuk Ukrayna təyyarələrinin cəbhədən 250 kilometr aralıda yerləşən Feodosiya limanını necə vurduğu barədə məlumat verməsə də, yerli media gəminin Britaniya istehsalı olan “Storm Shadow” raketləri ilə vurulduğunu iddia edib.

Rusiya Müdafiə Nazirliyi bu gecə Ukrayna Silahlı Qüvvələrinin Feodosiyada idarə olunan raketlərlə hücumunu dəf edərkən iri desant gəmisi “Novoçerkassk”ın zədələndiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR